Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Çinə rəsmi səfəri çərçivəsində Çin Kommunist Partiyasının Muzeyini ziyarət edib.
Gununsesi.info xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.
Bildirilib ki, muzey Çinin müasir inkişafını formalaşdıran tarixi məqamlar və idarəetmə təcrübəsi haqqında dəyərli məlumat təqdim edir.
Nazir Qonaq Kitabında öz təşəkkür sözlərini yazaraq Azərbaycan-Çin hərtərəfli strateji tərəfdaşlıq çərçivəsində əməkdaşlığın daha da zənginləşdirilməsinin vacibliyini vurğulayıb.
C.Bayramov isə öz “X” hesabında yazıb ki, Çin Kommunist Partiyası Muzeyini ziyarət etmək şərəf idi, bu muzey Çin xalqının zəngin tarixini, baxışlarını və nailiyyətlərini canlı şəkildə əks etdirir:
“Bu ziyarət Çinin inkişaf yolu və milli dirçəliş haqqında dəyərli məlumatlar verdi. Gözəl tur üçün təşəkkür edirəm!”.