Bu nazirlər qeyri adekvat vəziyyətdədir Lavrov

22.11.2026

Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Almaniya və Böyük Britaniyanın müdafiə nazirləri qeyri-adekvat vəziyyətdədirlər.

Axar.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna qüvvələrinin Rusiya ərazisinə endirdiyi zərbələrlə bağlı avropalı nazirlərin açıqlamalarını şərh edərkən deyib.

“Mən qeyri-adekvat vəziyyətdə olan insanların açıqlamalarına şərh verə bilmərəm”, – o bildirib.

Qeyd edək ki, Almaniyanın müdafiə naziri Boris Pistorius və Böyük Britaniyanın müdafiə naziri Ues Stritinq Ukraynanın müdafiəsi üzrə Təmas Qrupunun iclasının yekunlarına dair açıqlamalarında ABŞ-ın Ukrayna qüvvələrinin Rusiya ərazisinin dərinliklərinə endirdiyi zərbələri tənqid etməsinə qarşı çıxıblar. Vaşinqtonda bu cür hücumlar səmərəsiz hesab edilir və onların münaqişənin eskalasiyasına səbəb ola biləcəyi bildirilir. Pistorius isə ABŞ-ın bu mövqeyini “axmaqlıq” adlandırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью