Bu nəsil ölkəsinin Rusiyanın quberniyasına çevrilməsini istəmir... Gürcü sənətçi | Icma.az
Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Bir insanın fərqli fikirdə olması o demək deyil ki, o, sizin vətəndaşınız deyil?.." Gürcüstanın “Suxişvili” Milli Baletinin baş direktoru Nino Suxişvili bu gün “TV Pirveli”nin efirində Gürcüstanda gedən proseslərdən danışıb.
Onun sözlərinə görə, “ailə başçısı ənənəvi olaraq ailəsi üçün məsuliyyət daşıdığı kimi, hökumət də xalq üçün məsuliyyət daşımalıdır”.
Moderator.az xəbər verir ki, bu haqda "Qruziya onlayn" məlumat yayıb.
“Bu, azad Gürcüstanda doğulmuş nəsildir, o, öz ölkəsi, gələcək və azadlıq uğrunda mübarizə aparır, onu qazanmaq lazımdır, onun uğrunda mübarizə aparmaq lazımdır.
Bu nəsil dayanmayacaq, boyun əyməyəcək, Gürcüstanın Rusiyanın quberniyasına çevrilməsini istəmirlər. Özləri üçün gələcək istəyirlər.
Bu, bizim sərmayə qoymalı, dəstəkləməli, qulaq asmalı olduğumuz nəsildir.
Cəmiyyətin parçalanmasına görə məsuliyyət daşıyan hakimiyyət deyilmi?
Tam oxu
Xəbəri oxu