Bu nəticələr Sumqayıt kimi şəhərə yaraşmır Vurğun Hüseynov

23.05.2025

Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

"Sumqayıt"ın baş məşqçisi Vurğun Hüseynov Misli Premyer Liqasının 36-cı turunda "Səbail"ə 4:1 hesabı ilə qalib gəldikləri oyunu şərh edib. 

QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib: 

"Oyunla bağlı danışılası çox şey yoxdur. Uşaqlar toparlanmağı bacarıb mövsümün son oyununda qələbə qazandılar. Bu matç bizim üçün az da olsa önəmli idi. Çünki turnir cədvəlində bir pillə yüksəlmək şansımız var idi. Futbolçulara təşəkkür edirəm. Enişli-yoxuşlu bir mövsüm keçirdik. Bu nəticələr Sumqayıt kimi şəhərə yaraşmır. Uğursuzluğa görə azarkeşlərimizdən üzr istəyirəm. İnşallah, növbəti mövsüm daha güclü "Sumqayıt" görəcəksiniz".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью