“Bu nəticəyə layiq deyildik” Hakan

14.06.2026

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyə millisinin futbolçusu Hakan Çalhanoğlu DÇ-2026-nın birinci oyununda Avstraliyaya məğlub olmalarını şərh edib.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi 0:2 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Heç kim bu məğlubiyyəti gözləmirdi. İki uzun ötürmə nəticəsində qollar buraxdıq. Bu nəticəyə layiq deyildik. Daha yaxşı oynamağımıza baxmayaraq, uduzduq. Hələ heç nə bitməyib, qarşıda iki oyun daha var”.

Türkiyə millisi qrupda ABŞ, Paraqvay və Avstraliya ilə mübarizə aparır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью