Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Sumqayıt şəhərində yol nişanlarının görünməməsi sürücülərin hərəkəti üçün problem yaradır. Avtosfer.az xəbər verir ki, redaksiyamıza göndərilən videoda bu vəziyyət açıq şəkildə əks olunub. Kadrlar şəhərin Sülh küçəsində lentə alınıb. Yolun sol hissəsində yerləşən 5.8.1 nişanları (zolaqlar üzrə hərəkət istiqaməti) ağacların arxasında qaldığı üçün sürücülər onları vaxtında görə bilmirlər. Nişan yalnız sıxlıq zamanı, sürət azaldıqda görünür. Lakin yol boş olanda və xüsusilə gecə saatlarında bu nişanları görmək demək olar ki, mümkün deyil. Ümid edirik ki, aidiyyəti qurumlar problemi tez bir zamanda aradan qaldıracaq.
Fərid