Bu nömrə alverçilərinə inanmayın: Sarı nömrənin əhəmiyyəti yoxdur VİDEO

27.12.2024

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Son zamanlar moped sürücüləri sarı nömrələr yazdıraraq ondan istifadə edirlər. Hətta sosial şəbəkədə nömrə hazırlayan şəxslər sürücülərə səslənərək istədikləri rəqəmlərdən ibarət sifarişlərin qəbul edildiyini bildirib.

Bu məsələ ilə bağlı sürücülərin nəzərinə bir daha çatdırırıq ki, kustar üsulla hazırlanan həmin lövhələrin heç bir hüquqi əhəmiyyəti yoxdur. Qanunvericiliyə edilən sonuncu dəyişikliyə əsasən, maksimum sürəti 50 km/saatdan artıq olan nəqliyyat vasitələri dövlət qeydiyyatına alınmalıdır. Həmin nəqliyyat vasitələrini idarə edən sürücülərin isə A kateqoriyalı sürücülük vəsiqəsi olmalıdır.

Fərid

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью