Icma.az, 525.az portalına istinadən məlumat verir.
"Demək olar ki, hər il bayram ərəfəsində müəyyən məhsullara – xüsusilə bayram süfrəsi üçün istifadə olunan məhsullara tələbat artdığına görə bazar qanunlarına uyğun olaraq qiymətlərdə müəyyən artım müşahidə olunur. Bu, normal bazar prosesidir”.
İqtisadçı ekspert Xalid Kərimli bunu 525.az-a söyləyib.
Onun dediyinə görə, tələbat yüksəldikcə qiymətlər də müəyyən qədər artır:
“Bayram dövründə həmin məhsullarda müvəqqəti qiymət artımı baş verir, lakin bayramdan sonra adətən bu qiymətlər yenidən sabitləşir və əvvəlki səviyyəyə qayıdır”.
Sevinc Qarayeva