Bu Novruz hamıya sülh gətirsin Quterreş

21.03.2025

Icma.az bildirir, Axar.az portalına istinadən.

BMT-nin Baş katibi Antoniu Quterriş dünya ictimaiyyətini Novruz bayramı münasibətilə təbrik edib.

Axar.az xəbər verir ki, təbrik Baş katibin X sosial şəbəkəsindəki səhifəsində dərc olunub.

“Novruz yeni başlanğıcları, təbiətin dirçəlişini, ümidi və yazın gəlişini simvolizə edir. Münaqişələrin, parçalanmaların və çəkişmələrin yaşandığı dünyamızda Novruz ruhu qiymətli hədiyyədir. Qoy bu Novruz hamıya sülh, cansağlığı və xoşbəxtlik gətirsin”, - o yazıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью