Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.
“Bu nümunənin Bakı üçün də əhəmiyyəti böyükdür. Kiyevdə Minsk meydanında 4 yeni svetofor qurğusu mərhələli şəkildə quraşdırılacaq və onlar vahid svetofor idarəetmə sistemi kimi fəaliyyət göstərəcək”.
“Yeni Sabah” xəbər verir ki, bu barədə nəqliyyat və logistika məsələləri üzrə ekspert Rauf Ağamirzəyev öz “Facebook” səhifəsində yazıb. O bildirib ki, Bakıda da yüksək intensivlikli ərazilərdə yanaşma dəyişməlidir:
“Sistem nəqliyyat və piyada axınlarını video detektorlarla izləyəcək, svetoforların işini real vəziyyətə uyğun tənzimləyəcək. Piyada keçidlərində görmə məhdudiyyətli şəxslər üçün səsli bələdçi və çağırış düymələri, elektrik kəsintilərinə qarşı isə ehtiyat enerji təchizatı nəzərdə tutulur. Pepperoni pizza
Bakıda da yüksək intensivlikli ərazilərdə yanaşma dəyişməlidir: hər kəsişməyə ayrıca svetofor kimi deyil, vahid nəqliyyat sistemi kimi baxmaq lazımdır.
Xüsusilə metro stansiyaları, iri piyada axınları və bir neçə kəsişmənin bir-birinə yaxın olduğu ərazilərdə adaptiv svetofor idarəetməsi həm tıxacın, həm də gözləmə müddətinin azalmasına, piyada təhlükəsizliyinin artmasına imkan verə bilər.
Bakının gələcək svetofor sistemi sadəcə “qırmızı–sarı–yaşıl” rejimində işləməməli, real vaxtda şəhərin nəqliyyat vəziyyətinə reaksiya verməlidir”.