“Bu o deməkdir ki, biz öz işimizi başa düşməmişik”

05.10.2026

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Bu gün bizim məktəbimizin ən vacib müzakirə mövzusu şagirdlərimizin öyrənib-öyrənməməsidir. Şagirdlər öyrənirsə, deməli, hər şey yaxşıdır”.

“Qafqazinfo” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumunda çıxışı zamanı bildirib.

O qeyd edib ki, əgər şagirdlər kənarda qalırsa və biz özümüzü müzakirə ediriksə, bu o deməkdir ki, biz öz işimizi başa düşməmişik: “Çünki bizim işimizin mahiyyəti şagirdlər haqqındadır. Bizim müasir müəllimimizdən müasir bacarıqlar tələb edilir.

Ən vacib məsələ müəllimliyə qəbul etdiyimiz, gələcəkdə artıq müəllim kimi işləyəcək tələbələrin öz buraxılış illərinin hansı hissəsini təmsil etməsi ilə bağlıdır. Yəni bizim müəllimimiz ən yaxşı 20%, yoxsa 30% və ya 50% məzunlar arasından seçilməsi məsələsidir. Əgər bu peşəyə gələnlər başqa peşəyə düşə bilmədiyi üçün müəllimlik peşəsinə düşübsə, onda bu, müəyyən mənada dramatik bir problemdir”.

Gülnar Əliyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью