Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
Elm və Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən Olimpiadanın açılış mərasimi böyük coşqu ilə baş tutub.
Bakıvaxtı.az xəbər verir ki, tədbirdə çıxış edən aparıcı iştirakçıları salamlayaraq, onlara uğurlar arzulayıb. Yarışların yüksək əhval-ruhiyyə ilə qarşılanmasının arzu olunduğu mərasimdə alqış səsləri zalı bürüyüb.
Açılış mərasimi zamanı iştirakçı komandalar tribunada yer alaraq, təqdim olunublar. Ölkənin müxtəlif bölgələrindən gələn minlərlə şagird müxtəlif idman növləri üzrə keçiriləcək yarışlarda mübarizə aparacaq.
Təşkilatçılar Olimpiadanın gənclər arasında sağlam həyat tərzinin təşviqi, komanda ruhunun gücləndirilməsi və idmana marağın artırılması baxımından əhəmiyyətini vurğulayıblar. Tədbirin yarışlarla davam edəcəyi bildirilib.