Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ukrayna Danimarkadan 645 milyon avro dəyərində əhəmiyyətli bir yardım paketi alacaq.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski bunu jurnalistlərlə görüşündə açıqlayıb.
Zelensji bildirib ki, yardım paketinə F-16 qırıcıları üçün 20 millimetrlik döyüş sursatları da daxildir. Bu sursatlardan “Şahid” pilotsuz uçuş aparatlarının vurulması zamanı istifadə olunacaq.
O, həmçinin Danimarkanın dron istehsalına təxminən 200 milyon avro, eləcə də birgə istehsal üçün əlavə vəsait ayıracağını qeyd edib.