Bu ölkə ABŞ ın iki təyyarəsini qəbul etmədi Tramp cəzalandırdı

27.01.2025

Icma.az, Axar.az saytına istinadən bildirir.

Deportasiya olunmuş miqrantları daşıyan Amerika hərbi təyyarələrinin enişindən imtina etdiyi üçün Kolumbiyaya qarşı cavab tədbirləri hazırlanıb.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində məlumat yayıb.

ABŞ prezidentinin sözlərinə görə, o, Kolumbiyadan idxala gömrük rüsumları (25%), dövlət rəsmiləri və müttəfiqlərinə qarşı viza sanksiyaları tətbiq edəcək, həmçinin gömrük yoxlamalarını və maliyyə cərimələrini gücləndirəcək.

Qeyd edək ki, bundan əvvəl Kolumbiya deportasiya olunmuş miqrantları daşıyan iki Amerika hərbi təyyarəsinin enişinə icazə verməmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью