Bu ölkə ağcaqanad istehsalına başlayır VİDEO

07.10.2025

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Braziliyanın San-Paulu əyalətinin Kampinas şəhərində həftədə 190 milyona qədər həşərat istehsal edə bilən dünyanın ən böyük ağcaqanad yetişdirmə fabriki fəaliyyətə başlayıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, fabrikin tikintisi ölkədə dang qızdırması ilə mübarizə üzrə genişmiqyaslı proqramın bir hissəsidir.

1300 kvadratmetrlik obyekt zərərsiz "Wolbachia" bakteriyasına yoluxmuş "Aedes aegypti" ağcaqanadlarını yetişdirmək üçün istifadə olunur ki, bu da ağcaqanadların içərisində Deng virusunun çoxalmasına mane olur. Təbiətə buraxıldıqdan sonra bu ağcaqanadlar virusu insanlara ötürə bilmir və onların nəsilləri də bu qoruyucu xüsusiyyəti miras alırlar. 



Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью