Bu ölkə Azərbaycana 1,22 manatdan donuz piyi satıb

01.06.2025

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2025-ci ilin yanvar-mart aylarında Azərbaycana donuz piyi idxal edilib.

Valyuta.az xəbər verir ki, bu dövrdə ölkəyə ümumilikdə 3,93 ton donuz piyi gətirilib. İdxal üçün 2,82 min ABŞ dolları həcmində vəsait xərclənib.

Məlumata əsasən, idxal prosesi yalnız Belarusdan həyata keçirilib.

Hesablamalara görə, bu ölkədən gətirilən 1 kiloqram donuz piyinin qiyməti təxminən 0,72 dollar və ya 1,22 manat təşkil edib.

Qeyd edək ki, donuz piyi əsasən kosmetika, qida sənayesi və aqrar sahə üçün istifadə olunur. O, sabun və dəriyə qulluq vasitələrinin hazırlanmasında, şirniyyat və qızartmalarda, eləcə də heyvan yemlərində enerji mənbəyi kimi əlavə edilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью