Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
İran-İsrail münaqişəsi səbəbindən səfirliyini Bakıya köçürən Avstriya diplomatik korpusu yenidən Tehrana qaytarmağı planlaşdırır.
Axar.az xəbər verir ki, bu barədə Avstriya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hazırda nazirlik Tehrandakı səfirliyin fəaliyyətini bərpa etməyi planlaşdırır və konsul xidmətləri də tədricən davam etdiriləcək.