Bu ölkə bombalandı Ölənlər var

15.07.2025

Icma.az, Metbuat portalına istinadən məlumat verir.

İsrail ordusu Livanın şərqindəki Bekaa bölgəsini bombalayıb.

Metbuat.az xəbər verir ki, hava hücumu qaçqın düşərgəsinə təşkil edilib. Livanın rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, hücum zamanı 7-si suriyalı olmaqla 12 nəfər həlak olub. Bildirilir ki, İsrail ordusu Bekaada müxtəlif bölgələrə hava hücumları təşkil edib. Hücumlar nəticəsində 6 nəfərin yaralandığı bildirilir.

Qeyd edək ki, İsrail ordusu Bekaa bölgəsində Hizbullah təşkilatına bağlı “Ridvan qüvvələri”nə qarşı hava hücumu təşkil edildiyini açıqlayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью