Bu ölkə boykotdan sonra “Avroviziya”ya qayıdır

24.09.2026

Icma.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.

Niderland milli yayım şirkəti AVROTROS-un boykot qərarına baxmayaraq, 2027-ci ildə keçiriləcək “Avroviziya” mahnı müsabiqəsində iştirak edəcək.

Axşam.az xəbər verir ki, lakin Niderlandı müsabiqədə hansı sənətçinin təmsil edəcəyi və “Avroviziya”nı hansı yayım şirkətinin yayımlayacağı hələ məlum deyil.

Qeyd edək ki, AVROTROS 2026-cı ildə də müsabiqəni boykot edib. Şirkət 2027-ci il üçün ölkəni təmsil edəcək ifaçının seçilməsində iştirakdan imtina edib.

Boykot qərarının səbəbi “Avroviziya”da İsrailin iştirakı ətrafında yaranan qalmaqalla bağlıdır. 2026-cı ildə İrlandiya, İspaniya, İslandiya və Sloveniya da müsabiqədən imtina edib.

“Avroviziya-2027” Bolqarıstanın Burqas şəhərində keçiriləcək. Müsabiqənin yarımfinalları mayın 11-i və 13-də, finalı isə mayın 15-də baş tutacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью