Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.
Böyük Britaniya İrana qarşı sanksiya siyahısını yeniləyib.
Globalinfo.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Siyahıya 10 fiziki şəxs və bir təşkilat daxil edilib. XİN-in açıqlamasına görə, sanksiyalar insan hüquqlarının ciddi şəkildə pozulması, o cümlədən ifadə azadlığının boğulması, dinc toplaşma və yaşamaq hüququnun məhdudlaşdırılması ilə əlaqədar olaraq vəzifəli şəxslərə və dövlət təhlükəsizlik orqanına qarşı tətbiq olunub.
Tətbiq edilən tədbirlər sanksiya siyahısına salınan şəxslərin aktivlərinin dondurulmasını, rəhbər vəzifələr tutmasının qadağan edilməsini və ölkəyə girişinə yasağı nəzərdə tutur.
Əliyar Xəlil