Bu ölkə də Netanyahunu həbs etməyəcəyini açıqladı KONKRET

29.11.2024

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

İsrailin Baş naziri Benyamin Netanyahu həbs təhlükəsi olmadan Niderlanda səfər edə bilər.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Niderlandın Baş naziri Dik Şof danışıb.

“Beynəlxalq hüquq çərçivəsində Netanyahunun həbs olunmadan Niderlanda gələ bilməsi mümkündür”, – o qeyd edib.

Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsi (BCM) İsrailin Baş naziri Benyamin Netanyahu və ölkənin keçmiş müdafiə naziri Yoav Qallantın həbsinə dair order verib. Böyük Britaniya , İsveçrə və Kolumbiya Netanyahunun bu ölkərə səfər edəcəyi təqdirdə, həbs olunacağını bildirib. Fransa isə İsrail Baş nazirini həbs etməyəcəyini açıqlamışdı.//Qafqazinfo

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью