Bu ölkə də Netanyahunun azadlığına göz qoyub

26.11.2024

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İsrailin baş naziri Benyamin Netanyahu Litvaya gələrsə, o, ölkənin Beynəlxalq Cinayət Məhkəməsi qarşısında götürdüyü öhdəliklərə uyğun olaraq həbs ediləcək.

Milli.Az xəbər verir ki, bu barədə Litvanın Ədliyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, sözügedən ölkə Beynəlxalq Cinayət Məhkəməsinin tələblərini yerinə yetirəcək.

Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsi (BCM) İsrailin Baş naziri Benyamin Netanyahu və ölkənin keçmiş müdafiə naziri Yoav Qallantın həbsinə dair order verib. Böyük Britaniya və İsveçrə Netanyahunun bu ölkərə səfər edəcəyi təqdirdə, həbs olunacağını bildirib. /konkret.az/

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью