Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İspaniyanın “Enagas” şirkəti 2027-ci ilə qədər Rusiyanın mayeləşdirilmiş təbii qazından istifadəni dayandırmağa hazırdır. Həcmlər isə ABŞ-dan gələn qazla əvəzlənəcək.
Axar.az xəbər verir ki, bunu şirkətin baş direktoru Arturo Qonzalo deyib.
Onun sözlərinə görə, “Enagas”ın infrastrukturu ona 2027-ci ildə Rusiya qazından uzaqlaşmağa imkan verir:
“Avropa Rusiyaya qarşı sanksiyalarında ambisiya səviyyəsini artırmalıdır. İspaniya texniki cəhətdən Rusiya qazı olmadan işləməyə hazırdır”.