Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Müxalif silahlı qrupların Suriyanın paytaxtı Dəməşqdə nəzarəti ələ almasından sonra İraq hökuməti bu ölkədəki diplomatlarının təxliyəsi ilə bağlı qərar verib.
Axar.az xəbər verir ki, yayılan görüntülərdə İraqın Dəməşqdəki səfirliyinin təxliyə olunduğu əks olunub.
Qeyd edək ki, Suriyada müxalifət qüvvələri Dəməşqi nəzarətə götürüb və Əsəd rejiminin bitdiyini elan ediblər.