Bu ölkə Ermənistana S300lər göndərir

26.11.2024

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yunanıstan Ermənistana S-300 və bu ölkənin hava hücumundan müdafiə sistemində istifadə edilən Rusiya istehsalı daha iki sistemi təhvil vermək və onları İsrail sistemlərlə əvəz etmək niyyətindədir.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Yunanıstan mediası yazıb.

“Enikos.gr” portalının mənbəyə istinadla qeyd edib ki, Yunanıstan Silahlı Qüvvələri Rusiya silah sistemlərini öz arsenalından çıxarmaq və köhnə sistemləri radikal şəkildə yeni Qərb texnologiyaları ilə əvəz etməyi hədəfləyir.

Nəşr vurğulayıb ki, əvvəllər bu sistemlərin Ukraynaya verilə biləcəyi güman edilirdi, lakin Baş Qərargah başqa alternativləri nəzərdən keçirir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью