Bu ölkə Ermənistana S300lər göndərir

26.11.2024

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Yunanıstan Ermənistana Rusiya istehsalı olan “S-300” zenit-raket kompleksləri, habelə quru qoşunları üçün nəzərdə tutulan “TOP-M1” və “OSA” zenit kompleksləri göndərəcək.

"Cebheinfo.az"-ın xəbərinə görə, bu barədə adıçəkilən ölkənin “enikos.gr” saytı məlumat yayıb.

Bildirilib ki, sözügedən komplekslər bir qədər əvvəl Ermənistan ordusuna silah-sursat veriləcəyini bəyan edən Fransa ilə əməkdaşlıq çərçivəsində tədarük ediləcək.

Bunun əvəzində rəsmi Afina İsrail istehsalı olan komplekslərin idxalını həyata keçirəcək.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью