Bu ölkə gələn il Ermənistanda səfirlik açacaq

27.11.2025

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

2026-cı ildə Ermənistanda Estoniya səfirliyi açılacaq.

"Unikal" xəbər verir ki, bunu Estoniya xarici işlər naziri Marqus Tsaxkna erməni həmkarı Ararat Mirzoyanla telefon danışığında açıqlayıb.

Mirzoyan Tallinin qərarından məmnunluğunu ifadə edərək, bunu vacib adlandırıb.

"Bu, həqiqətən də iki ölkə arasında inkişaf etmiş güclü tərəfdaşlığı və onu daha da dərinləşdirməkdə qarşılıqlı marağımızı əks etdirir", - deyə o bildirib.

Onlar həmçinin TRIPP ("Tramp Yolu" - red.) marşrutunun həyata keçirilməsini və onun region üçün potensialını müzakirə ediblər.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью