Bu ölkə İrana qarşı müharibəyə hazırdır Rəsmi açıqlama

26.03.2026

Olke.az saytına istinadən Icma.az xəbər verir.

Yaxın Şərqdə müharibə qızışarsa, Uqanda o zaman münaqişədə İsrailin tərəfində iştirak edəcək.

Ölkə.az xəbər verir ki, bunu  Uqanda Silahlı Qüvvələrinin Baş Komandanı, general-leytenant Muhoozi Kainerugaba sosial media hesabında yazıb. 

“Biz Yaxın Şərqdəki müharibənin indi bitməsini istəyirik. Dünya bu müharibədən bezib. Lakin İsraili məhv etmək və ya məğlub etmək istəyi bizi müharibəyə cəlb edəcək. Biz İsrailin tərəfində olacağıq", - deyə, o qeyd edib.

Bu bəyanat Uqandanın potensial münaqişədə tərəf tuta biləcəyinə dair açıq bir siqnal kimi qəbul edilib.

Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью