Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Aylarla davam edən məhdudiyyətlərdən sonra Danimarkanın Tehrandakı Səfirliyi yenidən fəaliyyətə başlayıb.
Modern.az xəbər verir ki, bu barədə səfir Lars Rasmussen bildirib. Onun sözlərinə görə, Tehrandakı Danimarka səfirliyi yenidən vətəndaşlara xidmət göstərməyə başlayıb.
Səfirlik İrandakı ciddi təhlükəsizlik vəziyyəti səbəbindən 10 mart 2026-cı il tarixindən etibarən ictimaiyyət üçün bağlı saxlanılırdı.
Rəsmi açıqlamada bildirilib ki, İrandakı təhlükəsizlik mühitində müşahidə olunan dəyişikliklər nəzərə alınaraq səfirliyin fəaliyyəti bərpa edilib.
Həmçinin qeyd olunub ki, Danimarkanın İrandakı səfiri iyunun 19-dan etibarən Tehrandakı səfirlik binasında fəaliyyət göstərirdi və səfirliyin yenidən açılması barədə İran hakimiyyət orqanları məlumatlandırılıb.