Bu ölkə İranla münasibətlərini dayandırdığını bəyan edib

19.11.2025

Icma.az, Azpost saytına istinadən bildirir.

Boliviya İran İslam Respublikası ilə münasibətləri kəsdiyini və İsrail ilə diplomatik əməkdaşlığı bərpa edilməsi barədə qərar verib. 

AzPost bildirir ki, bu barədə ölkənin yeni hakimiyyəti qərar  qəbul edib. Yeni iqtidar Tehranla uzun müddətli siyasi ittifaqa son qoyulduğunu və yeni xarici siyasət kursu müəyyənləşdirildiyini açıqlayıb.

Hökumət İranla münasibətlərin kəsilməsinin beynəlxalq prioritetlərin nəzərdən keçirilməsi və regionda təhlükəsizlik və sabitliyin təmin edilməsi zərurəti ilə bağlı olması ilə izah edib. Hakimiyyət eyni zamanda İsraillə münasibətlərin bərpa olunduğunu, Boliviyanı faktiki olaraq Qərb diplomatiyasının orbitinə qaytardığını və ABŞ ilə əlaqələrini gücləndirdiyini elan edib.

Bu qərar tarixi hesab olunur, çünki ölkə uzun illər İranla sıx əməkdaşlıq edib, İsraillə isə diplomatik münasibətlər kəsilib. .

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью