Bu ölkə kilo almağı qadağan etdi Milyonlarla insan yoxlanılır!

13.06.2026

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yaponyada 2008-ci ildən tətbiq olunan “Metabo qanunu” hər il 40-74 yaş arası vətəndaşların bel çevrəsinin ölçülməsini nəzərdə tutur.

Sherg.az xəbər verir ki, məlumata görə, ölkədə milyonlarla insanın bel ölçüsü dövlət tərəfindən mütəmadi yoxlanılır. Kişilər üçün 85 sm, qadınlar üçün 90 sm həddi keçən şəxslər isə birbaşa pəhriz, idman və sağlamlıq məsləhəti proqramlarına yönləndirilir.

Sistem cərimə mexanizmi ilə deyil, daha çox “məcburi sağlamlıq yönləndirməsi” modeli ilə diqqət çəkir. Eyni zamanda bəzi şirkətlərin əməkdaşlarının sağlamlıq göstəricilərinə görə məsuliyyət daşıdığı və hədəflərə əməl etməyən qurumlara maliyyə sanksiyaları tətbiq oluna bildiyi iddia olunur.

Mütəxəssislərin fikrincə, bu yanaşma Yaponiyanın aşağı piylənmə göstəricisini qorumaq və səhiyyə xərclərini azaltmaq strategiyasının bir hissəsidir. Lakin bəzi ekspertlər sistemi fərdi azadlıqlar baxımından mübahisəli hesab edirlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью