Bu ölkə liderləri və Azərbaycan Prezidenti ŞƏT sammitində iştirak edəcək

29.08.2026

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ölkə.az “akipress.kg”yə istinadən xəbər verir ki, tədbir Qırğızıstan Prezidenti Sadir Japarovun sədrliyi ilə keçiriləcək.

Qırğızıstan Prezident Administrasiyası tədbirdə iştirak edəcək ölkə liderləri və başçılarının siyahısını açıqlayıb: 

Belarus Prezidenti Aleksandr Lukaşenko;
Hindistan Baş naziri Narendra Modi;
İran Prezidenti Məsud Pezeşkian;
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev;
Çin Xalq Respublikasının Sədri Si Cinpin;
Pakistan Baş naziri Şahbaz Şərif;
Rusiya Prezidenti Vladimir Putin;
Tacikistan Prezidenti Emoməli Rəhmon;
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev;
Azərbaycan Prezidenti İlham Əliyev;
Ermənistan Baş naziri Nikol Paşinyan;
Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux;
Toqo Respublikası Nazirlər Şurasının sədri Faure Essozimna Qnassingbe;
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan;
Laos Prezidenti Thongloun Sisoulith;
Vyetnamın vitse-prezidenti Vo Thi Anh Xuan;
Misir Baş nazirinin müavini Hüseyn İsa.
Tədbridə həmçinin aşağıdakı beynəlxalq təşkilatlar iştirak edəcək:
ŞƏT Baş katibi Nurlan Ermekbayev;
ŞƏT Regional Antiterror Strukturunun İcraiyyə Komitəsinin direktoru Ularbek Şarşeev;
BMT Baş katibi António Guterres;
MDB Baş katibi Sergey Lebedev;
KTMT Baş katibi Taalətbek Masadıkov;
Avrasiya İqtisadi Komissiyasının İdarə Heyətinin sədri Bakıtjan Saqintayev;
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin baş katibi Kayrat Sarıbay.

Tədbirdə dövlət başçıları beynəlxalq və regional gündəlikdəki cari məsələləri, Təşkilatın gələcək inkişafı üçün prioritet sahələri, eləcə də siyasi, ticarət-iqtisadi, nəqliyyat-logistika, rəqəmsal, ətraf mühit və mədəni-humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini müzakirə edəcəklər.Görüşdən sonra ŞƏT-in iyirmi beşinci ildönümü ilə bağlı Bişkek Bəyannaməsi, çoxşaxəli əməkdaşlığın daha da gücləndirilməsinə və Təşkilatın fəaliyyətinin təkmilləşdirilməsinə yönəlmiş sənədlər və qərarlar, eləcə də dövlət başçılarının bir sıra tematik bəyanatları imzalanacaq.

ŞƏT Plus sammitində BMT-nin və beynəlxalq hüququn mərkəzi əlaqələndirici rolunun gücləndirilməsi, eləcə də davamlı inkişafın təşviqi və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparılacaq.

Mürtəza
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью