Bu ölkə Melaniya Trampın filmindən imtina etdi

29.01.2026

Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

30 yanvarda Cənubi Afrika kinoteatrlarında nümayiş olunması planlaşdırılan Melaniya Tramp haqqında sənədli filmin premyerası ləğv edilib.

"Unikal" xəbər verir ki, bu barədə Cənubi Afrika xəbər agentliyi "News 24" məlumat yayıb. 

"Mövcud vəziyyətə görə, film artıq ölkəmizdə yayımlanmayacaq", - deyə "Filmfinity" distribütor şirkətinin satış rəhbəri nəşrə bildirib.

O, filmin Cənubi Afrikada nümayişindən tamamilə imtina edilməsinin şərhini verməkdən imtina edib. 

ABŞ-nin birinci xanımı haqqında filmin Cənubi Afrikadakı eksklüziv yayım hüquqları "Filmfinity"yə məxsusdur. Ölkənin ən böyük kinoteatr şəbəkələri filmi öz repertuarlarına daxil etsələr də, indi nümayişini ləğv etmək məcburiyyətində qalıblar.

Gülayə Mecid 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью