Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ qoşunlarının artıq Litvaya yola düşdüyünə dair təsdiq aldım!
Axar.az xəbər verir ki, bunu Litva Prezidenti Gitanas Nauseda özünün X səhifəsində yazıb.
“Təkcə Litva üçün deyil, həm də bütün regionun təhlükəsizliyi üçün vacib olan bu qərara görə Trampa və ABŞ administrasiyasına minnətdarıq.
ABŞ-ın Litvadakı hərbi mövcudluğu bizim çəkindirmə və kollektiv müdafiəmizin ayrılmaz hissəsidir”, - o qeyd edib.