Bu ölkə Qrenlandiya məsələsində Danimarkanı dəstəkləyəcək

27.01.2025

Icma.az, Azxeber.com saytına istinadən bildirir.

Finlandiyanın Baş naziri Petteri Orpo ABŞ Prezidenti Donald Trampın "Qrenlandiyanı almaq” fikrinə cavab olaraq Danimarkanı dəstəklədiyini açıqlayıb.

AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, Orpo bunu paytaxt Helsinkidə keçirdiyi mətbuat konfransında deyib.

Orpo Qrenlandiyanın Danimarkanın tərkibində qalmasının tərəfdarı olduqlarını və bu mövzuda Danimarka ilə təmasda olduqlarını qeyd edib.

Daha əvvəl Trampın Qrenlandiya ilə bağlı açıqlamalarını ciddi qəbul etmədiyini bildirən Orpo bildirib:

"Trampın öz danışıq tərzi var, ona görə açıqlamaları ciddi qəbul edilmir. Əsas odur ki, heç kim sərhədləri dəyişə bilməz".

Qeyd edək ki, Orpo Trampın Avropaya sanksiya tətbiq etmə ehtimalı ilə bağlı mümkün sanksiyaların Finlandiyanın da iqtisadiyyatına ziyan verəcəyini dilə gətirib.

Cəmalə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью