Bu ölkə raketləri Türkiyə sərhədinə yerləşdirdi KONKRET

01.10.2026

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yunanıstan İsraildən tədarük etdiyi “SPIKE NLOS” uzaqmənzilli raket sistemlərini Egey dənizindəki bəzi adalarda yerləşdirib.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin “Haber7” saytı məlumat yayıb.

Bildirilib ki, yeni raketlərin Şərqi Egey və Meriç bölgələrinə də mərhələli şəkildə yerləşdirilməsi planlaşdırılır.

Məlumata görə, raket sistemlərindən istifadə üçün xüsusi hazırlıq tələb olunur. Bu səbəbdən təlim prosesinin sürətləndirilməsi və sistemlərin hərbi təlimlərə mərhələli şəkildə cəlb edilməsi nəzərdə tutulur.

Bildirilib ki, raket sistemlərinin tədarükü davam edir. Sifarişin böyük hissəsinin ilin sonuna qədər təhvil verilməsi hədəflənir./publika

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью