Bu ölkə Rusiya ilə sərhədi açmayacaq: Təhlükə bitməyib

09.01.2025

Icma.az bildirir, Publika.az portalına istinadən.

Rusiya-Finlandiya sərhədinin açılmamasının səbəbləri bəlli olub.

Publika.az xəbər verir ki, bu barədə Finladiyanın baş naziri Petteri Orpo jurnalistlərə danışıb.

Finlandiya hökuməti başçısının sözlərinə görə, Rusiyanın davranışı ucbatından ölkələr arasında sərhədi açmaq mümkün deyil.

Xatırladaq ki, Rusiya-Finlandiya sərhədi 2023-cü ilin noyabrında miqrant axınının artması fonunda bağlanmışdı.

"Nə təhlükənin qiymətləndirilməsi, nə də Rusiyanın hərəkətləri dəyişib. Rusiya Federasiyası keçid məntəqələri açılacağı təqdirdə etibarlı səyahət sənədləri olmayan şəxslərin sərhədi keçməsinə icazə verə bilər", - deyə baş nazir bildirib.

Adəm Abbaslı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью