​Bu ölkə Rusiya ilə sərhədləri bağlayır Baş nazir açıqladı

20.11.2026

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Estoniya hökuməti Rusiya ilə quru sərhədindəki bütün sərhəd keçid məntəqələrini bağlamaq qərarına gəlib.

“AzPolitika” xəbər verir ki, Baş nazir Kristen Mixal hökumətin bu barədə qərarını yerli media üçün keçirdiyi mətbuat konfransında açıqlayıb.

Beləliklə, Rusiya ilə quru sərhədindəki bütün sərhəd keçid məntəqələri — ikisi Narvada, ikisi isə cənub-şərqi Estoniyada (Koydula və Luhamaa) — 1 dekabr saat 7:00-da bağlanacaq.

Baş nazir əlavə edib ki, Estoniya hökuməti təhlükəsizlik vəziyyətini nəzərə alaraq altı ay ərzində sərhədin bağlanması ehtiyacını yenidən qiymətləndirəcək.

Estoniya mediası qeyd edir ki, hökumətin Rusiya ilə sərhədi bağlamaq qərarına səbəb 14 noyabrda Viimsidə “Threod Systems” müdafiə sənayesi şirkətində törədilən yanğın olub. Estoniya hakimiyyəti hadisənin Rusiyanın Baş Kəşfiyyat İdarəsinin (QRU) əmri ilə həyata keçirildiyini iddia edir. Nəticədə səkkiz Latviya sakini bu cinayətdə iştirak etməkdə şübhəli bilinərək saxlanılıb.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью