Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Misirin “Əl Masria" aviaşirkəti vaxtaşırı reyslərin gecikməsi fonunda Rusiyaya uçuşları azaldır.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.
“Agentliklə məsləhətləşmələrdən sonra cədvəldə vaxtaşırı pozuntuları nəzərə alaraq, Misir aviadaşıyıcısı turoperatorlarla razılaşaraq reyslərin sayını azaltmaq qərarına gəlib. “Al Masria" aviaşirkətinin işi məhdudlaşdırılmayıb. Vəziyyət şöbəmizin mütəxəssislərinin nəzarətindədir”, - məlumatda qeyd olunub.