Bu ölkə Rusiyaya yardım üçün qoşun göndərdi

27.02.2025

Icma.az, Manset portalına istinadən məlumat verir.

Şimali Koreyanın Ukraynaya qarşı Rusiya ilə birlikdə döyüşmək üçün əlavə qoşun göndərdiyi bildirilir.

Manset.az xəbər verir ki, bu barədə Yonhap məlumat yayıb.

Məlumata görə, Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti (NIS) mətbuatla paylaşdığı qeyddə Şimali Koreyanın Rusiyaya dəstək üçün əlavə əsgər göndərdiyini, lakin bu qoşunların dəqiq sayının hələ müəyyən edilmədiyini bildirib:

"Şimali Koreya qoşunları fevralın ilk həftəsindən Kursk vilayətində cəbhə xəttinə yerləşdirilib".

Xatırladaq ki, Cənubi Koreya mediası keçən ay Şimali Koreyanın Rusiya ilə birlikdə döyüşmək üçün Kurska 1000-3000 əsgər göndərdiyini bildirmişdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью