Bu ölkə rusların hərbi akademiyaya qəbulunu qadağan etdi

16.04.2025

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Litvada Rusiya, Belarus və Çinlə ikili vətəndaşlığı olan şəxslər Hərbi Akademiyaya daxil ola bilməyəcək.

Axar.az xəbər verir ki, bu barədə Litvanın Nazirlər Kabineti məlumat yayıb.

Məlumata görə, bu barədə qərar hökuməti iclasında qəbul edilib:

“Akademiya rəhbərliyinin tələbi ilə onun nizamnaməsinə dəyişiklik edilib, indi qeyri-dost ölkələrin vətəndaşlarının tədrisə buraxılması qadağan edilib. Hazırda bu, Rusiya, Belarus və Çinə aiddir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью