Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.
Rusiya hökuməti təyyarə yanacağının ixracına noyabrın 30-dək müvəqqəti qadağa qoyulduğunu bəyan edib.
"Cebheinfo.az" xəbər verir ki, Rusiya hökumətinin yaydığı yazılı bəyanatda təyyarə yanacağının ixracı ilə bağlı qəbul edilmiş qərara yer verilib.
Təyyarə yanacağı ixracının noyabrın 30-dək, yəni 5 ay müddətinə qadağan olunduğu bildirilən bəyanatda "Qəbul edilən qərarın məqsədi daxili yanacaq bazarında sabit vəziyyəti təmin etməkdir" ifadəsi işlədilib.
Bəyanatda hökumətlərarası sazişlər çərçivəsində həyata keçirilən tədarüklərin bu qadağadan azad ediləcəyi qeyd olunub.
Rusiyada benzin ixracı da aprelin 1-dən etibarən qadağan edilib. Hökumət daxili bazarda sabitliyi qorumaq üçün zaman-zaman müxtəlif yanacaq növlərinin ixracına qadağa tətbiq edir.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin