Bu ölkə turist vergisi tətbiq edəcək

11.11.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Tayland 2027-ci ilin ortalarından tez olmayaraq 450 bat (təxminən 23 manat” məbləğində turist vergisi tətbiq edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “The Thaiger” nəşri məlumat yayıb.

Qeyd olunur ki, ölkənin Turizm və İdman Nazirliyi əvvəlcə bu vergini 2027-ci ilin birinci rübündə tətbiq etməyi planlaşdırırdı. Noyabrın 12-də Milli Turizm Siyasəti Komitəsinin təklifi təsdiqləməsi, daha sonra isə onun hökumətə baxılmaq üçün təqdim edilməsi gözlənilir. Təklif təsdiqlənib “Kral Qəzeti”ndə (“Royal Gazette”) dərc edildikdən sonra, verginin qüvvəyə minməsinə qədər 180 günlük keçid dövrü olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью