Bu ölkə Türkiyədən “Bayraktar” alacaq

15.11.2024

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xorvatiya Türkiyədən “Bayraktar TB2” alacaq.

"Cebheinfo.az" xəbər verir ki, Xorvatiya hökuməti Müdafiə Nazirliyinin müraciəti əsasında Türkiyə istehsalı olan 6 ədəd “Bayraktar TB2” silahlı pilotsuz uçuş aparatının alınmasına qərar verib.

Xorvatiya hökumətinin bu gün keçirilən iclasında Xorvatiya Müdafiə Nazirliyi “Baykar”ın istehsalı olan “Bayraktar TB2” silahlı pilotsuz uçuş aparatının tədarükü ilə bağlı müraciəti təsdiqləyib.

Hökumətin iclasında çıxış edən Xorvatiyanın müdafiə naziri İvan Anusiç Xorvatiya Silahlı Qüvvələrində “Bayraktar TB2” silahlı pilotsuz uçuş aparatlarının tədarükünə təcili və prioritet ehtiyac olduğunu bildirib.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью