Bu ölkə Türkiyədən “Xan” aldı

05.06.2026

Icma.az, Axar.az saytına istinadən bildirir.

Çexiya Türkiyədən “Xan” ballistik raket sistemini alıb.

Axar.az xəbər verir ki, bu barədə Çexiya tərəfindən BMT-nin Adi Silahlar Reyestrinə təqdim olunmuş məlumatında bildirilib.

Məlumata görə, “Roketstan” tərəfindən hazırlanmış “Xan” raketi “Bora” ballistik raketinin ixrac üçün nəzərdə tutulmuş versiyasıdır.

Qeyd edək ki, bu raket sistemi ilk dəfə Türkiyə Silahlı Qüvvələrindən sonra İndoneziyanın arsenalına daxil edilib. Çexiyanın sözügedən tədarükü isə AB və NATO ölkələri arasında ilk hesab olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью