Bu ölkə Ukrayna üçün 970 milyon dollar ayırdı

03.04.2025

Xalqcebhesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Danimarka Ukraynaya 2025-2027-ci illər üçün 6,7 milyard kron (970 milyon dollar) məbləğində iyirmi beşinci yardım paketini təqdim edəcək.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Danimarka Müdafiə Nazirliyi məlumat yayıb.

“25-ci yardım paketi ilə biz həm qısa, həm də uzunmüddətli perspektivdə Ukraynaya dəstəyimizi vurğulayırıq”, - məlumatda qeyd olunub.

Bildirilib ki, ayrılan vəsait hava hücumundan müdafiə sistemlərinin, artilleriyanın alınması və Ukrayna Hərbi Hava Qüvvələrinə dəstək üçün istifadə olunacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью