Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiya Cenevrəni Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqlar üçün neytral platforma kimi görmür.
Axar.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko TASS-a bildirib.
"Biz dəfələrlə söyləmişik. Təəssüf ki, İsveçrənin bildiyimiz kimi neytrallığından çox az şey qalıb”, - Qruşko deyib.
Onun sözlərinə görə, İsveçrənin hakim dairələrinin fəaliyyəti bu ölkəni neytral mövqedən çıxarıb və birbaşa NATO üzvü olmasa da, faktiki olaraq assosiativ üzvə çevirib.