Bu ölkə Ukraynaya hərbi dəstəyin davam etdiriləcəyinə zəmanət verib

21.03.2025

Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Belçika Rusiyanın qeyri-qanuni genişmiqyaslı işğalına cavab olaraq Ukraynaya hərbi dəstək verməyə davam edəcək, o cümlədən təlim və avadanlıq baxımından da yardım edəcək.

Turkustan.az xəbər verir ki, bu barədə Belçikanın Ukraynadakı səfirliyi tərəfindən “Facebook” da yayılan Belçikanın müdafiə naziri Teo Frankenin parlamentdəki bəyanatının əsas bəndlərində deyilir.
Belçika Müdafiə Nazirliyinin rəhbəri qeyd edib ki, Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsi uzun sürən hərbi əməliyyatların qarşısının alınması və operativ dəstəyin təmin edilməsi, o cümlədən döyüş sursatı kimi mühüm resursların sürətlə istehsalı vasitəsilə güclü müdafiə sənayesinə ehtiyac olduğunu nümayiş etdirib.

Aytən Yaşar/ Turkustan.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью