Bu ölkə VAR sistemindən İMTİNA EDİR

23.01.2025

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Norveç çempionatlarında VAR-dan imtina oluna bilər.
Bizim.Media xəbər verir ki, 1-ci və 2-ci liqaların 32 klubndan 19-u bunun tərəfdarıdır. Sorğu 4 ay ərzində komandalar, futbolçular və azarkeşlər arasında aparılıb. Norveç Futbol Federasiyası qərarın klubların istəyinə uyğun veriləcəyini açıqlayıb. Yekun qərarın martda çıxarılacağı gözlənilir.
Qeyd edək ki, VAR-a qarşı etirazlar üzündən "Rusenboqr" - "Lilestrem" matçı yarımçıq dayandırılıb. Azarkeşlərın meydana müxtəlif əşyalar atması oyunun 4 dəfə saxlanılması ilə diqqəti çəkib.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью