Bu ölkə vətəndaşlarını Suriyadan çıxmağa çağırdı

08.12.2024

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Polşa Suriyada yaranmış vəziyyətlə bağlı vətəndaşlarını bu ölkəni dərhal tərk etməyə çağırıb.

Axar.az xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Qısa müddət ərzində Suriyanın bütün ərazisini bürümüş vəziyyətin sürətlə gərginləşməsi ilə əlaqədar bütün Polşa vətəndaşlarını dərhal ölkəni tərk etməyə çağırırıq”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, bundan öncə İraq, Rusiya, İordaniya, Ukrayna, İran da eyni çağırış etmişdi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью